Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

Posted by

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Koreyanın Azərbaycandakı səfiri ilə görüşübNaxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Koreyanın Azərbaycandakı səfiri ilə görüşüb

Oktyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Koreya Respublikasının ölkəmizdəki səfiri Çoi Suk-İn ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qonağı salamlayan Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Koreya Respublikası arasındakı ikitərəfli münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişafının məmnunluq doğurduğunu bildirib.

Qeyd olunub ki, bu gün yeni texnologiyaların tətbiqi, elektron hökumətin qurulması, təhsil və ticarət sahələrində uğurlu tərəfdaşlıq əlaqələri mövcuddur. Naxçıvan Dövlət Universiteti ilə Koreyanın qabaqcıl ali təhsil ocaqları arasında səmərəli elmi əməkdaşlıq qurulub və hazırda qarşılıqlı müəllim-tələbə mübadiləsi həyata keçirilir.

Ali Məclisin Sədri təhsil sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb, Naxçıvan Dövlət Universitetində elektron təhsil sisteminin qurulmasında Koreyanın “KOİCA” şirkətinin rolunu xüsusi qeyd edib, münasibətlərin inkişafındakı xidmətlərinə görə səfirə təşəkkürünü bildirib.

Səmimi görüşə görə minnətdarlıq edən səfir Çoi Suk-İn ilk dəfə 2012-ci ildə muxtar respublikaya səfər etdiyini xatırladıb. Qonaq ötən dövrdə muxtar respublikanın dinamik inkişaf etdiyini və bunun əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırıb, bundan sonra da əlaqələrin inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Söhbət zamanı əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə olunub.

 

AzərTac.az