Naxçıvan Ali Məclisində görüş

Posted by

Naxçıvan Ali Məclisində görüşNaxçıvan Ali Məclisində görüş

Naxçıvan Ali Məclisində görüş

Oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin muxtar respublikada səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Ali Məclisin sədri nümayəndə heyətinin Naxçıvana səfərinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin nəticəsi kimi dəyərləndirib, Türkiyə Silahlı Qüvvələrinin muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdəki rolunu vurğulayıb. Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla davam etdirildiyini qeyd edən Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının bu əlaqələrin inkişafındakı rolunu diqqətə çatdırıb. Ali Məclisin sədri nümayəndə heyətinin səfərinin hərbi sahədəki əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Nümayəndə heyətinin rəhbəri, Türkiyə Silahlı Qüvvələrinin Ərzrum şəhərində yerləşən 9-cu Ordu Korpusunun komandiri, general-polkovnik Şərəf Önqay səmimi qəbula görə minnətdarlığını bildirib, dost və qardaş ölkə olan Azərbaycanın Naxçıvan Muxtar Respublikasında olmaqdan məmnunluğunu ifadə edib. Naxçıvana səfərinin onda böyük təəssüratlar yaratdığını bildirən Şərəf Önqay muxtar respublikada ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin qürurverici olduğunu diqqətə çatdırıb.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Əli Rza Akıncı görüşdə iştirak edib.

 

AzərTac.az