NATO seminarında azərbaycanlı deputatlar erməni həmkarlarının ittihamlarına sərt cavab verdilə

Posted by

NATO seminarında azərbaycanlı deputatlar erməni həmkarlarının ittihamlarına sərt cavab verdilə

NATO seminarında azərbaycanlı deputatlar erməni həmkarlarının ittihamlarına sərt cavab verdilə

NATO seminarında azərbaycanlı deputatlar erməni həmkarlarının ittihamlarına sərt cavab verdilə

NATO-nun Bakıdakı seminarında Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən sərt bəyanatlar səsləndirildi.

Trend xəbər verir ki, Bakıda NATO Parlament Assambleyasının (PA) “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının açılışında

“Cənubi Qafqaz: Dəyişən regional və beynəlxalq təhlükəsizlik çağırışları” mövzusunda çıxış edən Böyük Britaniyanın LİNKS təşkilatının direktoru Dennis Sammut qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi artıq 20-dən çoxdur ki, davam edir. Atəşkəs rejimi tez-tez pozulur. Çoxlarına ATƏT-in Minsk qrupunun işi mənasız qapalı dairə kimi görünür. Həqiqətən də biz bir nəticə görmürük.

Onun fikrincə dünya ictimaiyyəti bu münaqişənin həllinə ciddi diqqət yetirməlidir.

Danışıqlar prosesi dəstəklənməlidir. Elə etmək lazımdır ki, dövlət başçılarının növbəti görüşü bu münaqişənin həlli istiqamətində atılmış ciddi addım olsun.

Eyni şeylər Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə də aiddi. Bu münasibətlər normallaşmalıdır.

Onun fikrincə, Gürcüstanla Rusiya arasında da dialoq vacibdir. Bu iki ölkə arasında münasibətlərin yaxşılaşmasına və Cənubi Osetiya ilə Abxaziya ərazilərinin statusunun müyyənləşməsinə gətirib çıxara bilər.

Seminarda çıxış edən Ermənistan parlamentinin üzvü Korun Nahapetyan bildirib ki, Ermənistan Cənubi Qafqazda sabitlikdə maraqlıdır: “Ermənistan bütün səyləri göstərir və göstərəcək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli sülh yolu ilə, Minsk qrupu çərçivəsində həll olunsun”.

Lakin erməni deputatının fikrincə, danışıqlar prosesinə Dağlıq Qarabağın separatçı qüvvələri də cəlb olunmalıdır.

Erməni deputatın fikirlərinə dərhal reaksiya verən Azərbaycan Milli Məclisinin üzvü Siyavuş Novruzov deyib ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və o, tərəf kimi tanına bilməz: “Dağlıq Qarabağla yanaşı ətrafdakı daha 7 rayon da Ermənistan və digər ölkələrin köməyi ilə işğal olunub. Beynəlxalq sənədlərdə münaqişə ilə bağlı tərəf kimi Dağlıq Qarabağın yox, Ermənistanın adı gedir”.

S.Novrizov bildirib ki, erməni xalqı öz müqəddəratını təyin edib və öz dövləti var: “Əgər ermənilər yaşadığı hər yerdə öz müqəddərtını təyin etsələr, onda dünyada 30-dan artıq erməni dövləti yaradılmalıdır.

ABŞ-ın Kaliforniya ştatında Dağlıq Qarabağdakından 3 dəfə çox erməni yaşayır. İndi Kaliforniyada erməni dövləti yaradılmalıdır?”

Millət vəkili deyib ki, dünya Ukraynanın ərazi bütövlüyünü prinsip kimi irəli çəkib, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi Azərbaycanın da ərazi bütövlüyünü dəstəkləməlidir.

LİNKS təşkilatının direktoru Dennis Sammut müzakirəyə yenidən qoşularaq bildirib ki, hazırda Azərbaycan və Emrənstan texniki cəhətdən müharibə şəraitində olduğundan ilk növbədə onun təcili sona çatdırılması haqda düşünülməlidir: “Gələcək Qarabağ müharibəsi barəsində düşünənlər, bilsinlər ki, burada bütün müasir texnologuayalardan istifadə ediləcək. Ona görə bunun nəticələrini göz önünə alaraq ehtiyatlı olmalıyıq”.

Ermənilərin Dağlıq Qarabağda öz müqəddəratını təyin etmələrinə gəlincə, D.Sammutun fikrincə, bu məsələdə balans yaradılmalıdır: “Biz dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmə prinsipləri arasında balans yaratmalıyıq”.

Bundan dərhal sonra müdaxilə edən Ermənistan parlamentinin digər üzvü Tevan Poqosyan deyib ki, dialoq və fikirləri açıq şəkildə ifadə etməklə bir gün o inamın, etibarın yaranmasına nail olmaq olar. Onun fikrincə, Dağlıq Qarabağ separatçıları danışıqlarda tərəf kimi qəbul edilməlidir.

Poqosyanın bu fikirlərinə cavab verən Azərbaycan Milli Məclisinin üzvü Zahid Oruc bir daha xatırladıb ki, Dağlıq Qarabağ erməniləri danışıqlarda tərəf kimi çıxış edə bilməz: “Erməni nümayəndələr deyirlər ki, danışıqlarda əsas tərəf Dağlıq Qarabağ təmsilçiləri və Azərbaycan olmalıdır. Əgər belədirsə, o zaman Ermənistan çəkilsin kənara və ordusunu da həmin ərazilərdən çıxarsın. Dağlıq Qarabağa saxta dövlətçilik vermək istəsəniz də, sizin kənar məkanla əlaqəniz yoxdur. Siz Azərbaycanla birgə yaşamağa məhkumsunuz”.

O, həmçinin ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının da əsas qayəsini izah edərək ona əsaslanmağın düzgün olmadığını deyib: “Bu fikir siyasi fikirdir. Siz ona əsaslana bilməzsiniz. Əgər ermənilər yaşadığı hər yerdə öz müqəddaratını təyin etməli olsa, dünyanın bütün siyasi xəritəsi darmadağın olar”.

Z.Oruc əlavə edib ki, NATO, Qərb artıq indi anlayır ki, ərazi bütövlüyünü dəstəkləmək lazımdır: “Bunu Dağlıq Qarabağdan başlayın. Sonra bunu Abxaziyaya, Cənubi Osetiyaya, Krıma da tətbiq edin, bundan sonra Rusiya ilə mübarizənizi apararsınız”.

Müzakirələrin gedişinənövbəti dəfə müdaxilə edən Denis Sammut isə deyib ki, hazırda danışıqların formatının dəyişməsi mümkün deyil: “Düşünmürəm ki, danışıqların formatı dəyişsin. Stepanakert prosesə daxil edilməlildirlər. Əgər bu, proqresə kömək edərsə, o zaman dəvət edilə bilərlər”.

Seminarda moderator olan Milli Məclis sədrinin 1-cü müavini Ziyafət Əsgərov isə ermənilərə müraciət edərək onların özlərinə qəbul olunmuş qətnamələri oxumağı məsləhət görüb: “Ermənistan nümayəndə heyətinin üzvü bildirir ki, qətnamələri oxumaq lazımdır. O qətnamələr mənim əlimin altındadır. Orada yazılıb ki, Ermənistan ilkin şərt olmadan Azərbaycan ərazilərini tərk etməlidir. Bunu sizin prezidentiniz də etiraf edir ki, Ermənistanın Dağlıq Qarabağa silahlı müdaxilə edib. İndi siz prezidentinizdən qabağa getmisiz?”

 

Trend.az