NATO Parlament Assambleyası Rusiya ilə əməkdaşlığa son qoyub

Posted by

NATO Parlament Assambleyası Rusiya ilə əməkdaşlığa son qoyub

NATO Parlament Assambleyası Rusiya ilə əməkdaşlığa son qoyub

NATO Parlament Assambleyası Rusiya ilə əməkdaşlığa son qoyub

NATO Parlament Assambleyası Rusiya parlamenti ilə əməkdaşlığın dayandırılmasına dair qərar qəbul edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq bəyanatla qurumun Riqada baş tutmuş toplantısından sonra NATO Parlament Assambleyasının prezidenti Hyu Beyli çıxış edib.

 

Qərar Ukraynadakı hadisələrlə və rusiyalı deputatların bu məsələ ilə əlaqədar mövqeyi ilə bağlıdır.

 

Delfi portalının məlumatına görə, toplantıda Rusiya deputatlarının NATO PA-nın tədbirlərində iştirakına qadağa qoyulması barədə qərar verilib.

 

“Ukraynada vəziyyət dəyişməyincə Rusiya nümayəndələrinin NATO PA-nın işində iştirakı qadağandır. Bütün formal əməkdaşlıq dayandırılıb”, deyə Latviyanın qurumdakı nümayəndə heyətinin rəhbəri Oyars Kalninş bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl NATO Rusiya ilə hərbi və mülki əməkdaşlığın dayandırılması barədə bəyanat verib.

 

Apa.az