NATO-nun mobil təlim qrupu Bakıda Azərbaycan hərbçilərinə təlim kursu keçir

Posted by

NATO-nun mobil təlim qrupu Bakıda Azərbaycan hərbçilərinə təlim kursu keçir

NATO-nun mobil təlim qrupu Bakıda Azərbaycan hərbçilərinə təlim kursu keçirNATO-nun mobil təlim qrupu Bakıda Azərbaycan hərbçilərinə təlim kursu keçir

“NATO-nun əməliyyat planlaşdırma prosesi” mövzusunda təlim kursu keçirlir.
Müdafiə Nazirlyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin NATO ilə 2013-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “NATO-nun əməliyyat planlaşdırma prosesi” mövzusunda təlim kursu başlayıb.
Dörd gün davam edəcək kurs müddətində NATO-nun mobil təlim qrupu tərəfindən iştirakçılara “NATO-nun əməliyyat planlaşdırma prosesi”, “Əməliyyatın planlaşdırma mərhələləri və planlaşdırma qrupları”, “Planlaşdırma sənədləri”, “Strateji sənədlər”, “Əməliyyatın inkişaf konsepsiyası və ssenarisi”, “Əməliyyatın son nəticəsinin, strateji məqsədlərin və məhdudiyyətlərin müəyyən edilməsi” və s. mövzular barədə brifinqlər veriləcək və sinif təlimləri keçiriləcək.