“Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsi başa çatdı

Posted by

"Ən yaxşı müəllim" müsabiqəsinin ikinci mərhələsi başa çatdı“Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsi başa çatdı

“Ən yaxşı müəllim” müsabiqəsinin ikinci mərhələsi başa çatıb.

 

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu mərhələyə müsabiqədə iştirak üçün ərizə vermiş 296 müəllim arasından seçilmiş 131 müəllim buraxılıb.

 

Seçilmiş müəllimlər Bakının 41 məktəbində sınaq-nümunə dərsləri keçib. Dərslərdə iştirak edən müsabiqə komissiyası hər bir müəllimin tədris bacarığını 10 ballıq sistemlə qiymətləndirib.

 

Üçüncü mərhələdə həmin müəllimlər Təhsil Nazirliyində yaradılmış Təşkilat Komitəsi qarşısında təqdimatla çıxış edəcəklər. Bu təqdimat da 10 ballıq sistemlə qiymətləndiriləcək. Yekunda bütün mərhələlər üzrə ballar toplanacaq və ən çox bal toplamış 95 müəllim müsabiqənin qalibi elan olunacaq.

 

Analoji proses Naxçıvan Muxtar Respublikasında da həyata keçirilir. Burada seçilmiş 5 ən yaxşı müəllim müsabiqə qaliblərinin sırasına əlavə ediləcək və beləliklə, 2014-cü il üzrə 100 qalib müəyyənləşdiriləcək.

 

Xatırladaq ki, müsabiqə Azərbaycan Respublikası Prezidentinin “Ən yaxşı ümumtəhsil məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamına uyğun olaraq, “2013-2014-cü dərs ilinin nəticələrinə görə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” təhsil nazirinin əmrinə əsasən keçirilir. Müsabiqələrin keçirilməsi və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək üçün təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Təşkilat Komitəsi yaradılıb. Təşkilat Komitəsində nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri təmsil olunur.

 

Trend.az

"Ən yaxşı müəllim" müsabiqəsinin ikinci mərhələsi başa çatdı