Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Posted by

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin Salyan şəhərində keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Nazirlikdən bildirilib ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Salyan şəhərində dekabrın 8-nə nəzərdə tutulan qəbulunun vaxtı dekabrın 15-nə keçirilib. Həmin tarixdə saat 12:30-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Salyan şəhərində Salyan, Neftçala, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Salyan rayonunda (02125) 50655, Neftçala rayonunda (02126) 33628, Biləsuvar rayonunda (02529) 51565,

Cəlilabad rayonunda (02524) 52248, Cəbrayıl rayonu üzrə (02638) 43899 nömrəli telefonlara zəng edə bilərlər.

AZƏRTAC