Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinə ehtiram

Posted by

Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinə ehtiram

Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinə ehtiram

 

 

Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsinə ehtiram

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) üzvü olan ölkələrin sosial siyasət komitələrinin 2-ci birgə toplantısının iştirakçıları noyabrın 21-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə güllər düzülüb.

 

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirərək, məzarları üzərinə tər çiçəklər düzüblər.

 

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

 

AzərTac.az