Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Bakıda klassik avtomobillərin yürüşü keçirilmişdir

Posted by

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar avtoyürüş keçirilib.

Azərbaycan Avtomobil Federasiyası “Klassik Avtomobil Sərgisi”nin hazırlıqlarına başlayıb. Azərbaycan Avtomobil Federasiyası və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə müxtəlif illərin və ölkələrin istehsalı olan avtomobillər sərgilənəcək.

Mayın 9-da Klassik Avtomobil Sərgisində nümayiş olunacaq bəzi avtomobillərin də iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar avtoyürüş keçirilib.

Heydər Əliyev Mərkəzinin binası önündən start götürən avtomobil yürüşündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının Prezidenti Anar Ələkbərov iştirak edib. Azadlıq meydanınadək davam edən yürüşdə ötən illərin müxtəlif markalı maşınları iştirak edib.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində təşkil olunacaq Klassik Avtomobil Sərgisində müxtəlif illərin istehsalı olan avtomobillər təqdim olunacaq.

Sərgi avtomobil həvəskarlarını bir araya toplayaraq nostalji hisslər yaratmaqla yanaşı, həmçinin avtomobil istehsalı tarixinə ekskursiya xarakteri daşıyır.

Sərgi Heydər Əliyev Mərkəzində maraqlı məkan dizaynı ilə də fərqlənəcək.

Qeyd edək ki, təşkil olunacaq sərgidə vətəndaşlar öz şəxsi klassik avtomobillərini də nümayiş etdirə bilər. Sərgi müddətində şəxsi klassik avtomobillərini nümayiş etdirmək istəyən vətəndaşlar 5 avqust 2014-cü il tarixinə qədər avtomobilləri barədə məlumatı Azərbaycan Avtomobil Federasiyasına [email protected] elektron ünvanına göndərə bilər.

Trend.az