MSK: Azərbaycanda seçicilərin sayı artıb

Posted by

MSK: Azərbaycanda seçicilərin sayı artıb

MSK: Azərbaycanda seçicilərin sayı artıb

MSK: Azərbaycanda seçicilərin sayı artıb

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

Trend-in məlumatına görə, MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə Komissiyanın 12 noyabr 2013-cü il tarixli iclasının protokolunun təsdiq edilməsi, Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibi, MSK-nın bəzi normativ xarakterli aktları və bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsi barədə məsələlər daxil edilib.

İclası giriş sözü ilə açan M.Pənahov qeyd edib ki, hər il müvafiq icra strukturları ilə birgə seçici siyahılarının dəqiqləşdirilməsi prosesi həyata keçirilir: “Bu il də 125 dairə üzrə seçicilərin siyahısının dəqiqləşdirilməsi həyata keçirilib. Bu il seçicilərin sayı 5 milyon 54 min 455 nəfər təşkil edib ki, bu da ötən illə müqayisədə 1,4 faiz artım deməkdir. Seçicilərin 52 faizə yaxını qadın, 48 faizə yaxını isə kişilər olub”.

M.Pənahovun sözlərinə görə, 100-dən yuxarı yaşı olan 856 seçici qeydə alınıb və onlardan ən yaşlısı 126 yaşındadır.

MSK sədri vurğulayıb ki, seçicilərin dəqiqləşdirilməsi zamanı Seçki Məcəlləsinin tələblərinə uyğun bütün addımlar atılıb.

Daha sonra gündəlikdə duran digər məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

Qeyd edək ki, iclasdan öncə media nümayəndələri seçici siyahılarının çapı və saxlanılma şəraiti ilə tanış olublar.

 

Trend.az