Mərakeş mətbuatında “Kəlbəcərin ermənilər tərəfindən işğalından 21 il ötür” sərlövhəli məqalə dərc edilmişdir

Posted by

Mərakeş mətbuatında “Kəlbəcərin ermənilər tərəfindən işğalından 21 il ötür” sərlövhəli məqalə dərc edilmişdir

Mərakeş mətbuatında “Kəlbəcərin ermənilər tərəfindən işğalından 21 il ötür” sərlövhəli məqalə dərc edilmişdir

Mərakeş mətbuatında “Kəlbəcərin ermənilər tərəfindən işğalından 21 il ötür” sərlövhəli məqalə dərc edilmişdir

Mərakeşin geniş oxucu kütləsinə malik “əl-İslah və ət-Tənmiyə” qəzetinin 3 aprel nömrəsində “Kəlbəcərin ermənilər tərəfindən işğalından 21 il ötür” sərlövhəli məqalə dərc edilmişdir.

Məqalədə 1991-ci ildə keçmiş Sovetlər Birliyinin dağılmasından sonra müstəqilliyini yenicə əldə etmiş Azərbaycanda yaranmış qeyri-sabit şəraitdən istifadə edən ermənilərin Azərbaycana qarşı ərazi iddiasına başladığı, 1992-1993-cü illərdə ermənilərin tarixi Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu işğal etdiyi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün halına salındığı, ermənilərin müxtəlif dövrlərdə Azərbaycan xalqına qarşı kütləvi qırğın və soyqırımı törətdikləri, işğal olunmuş ərazilərdəki bütün tarixi, mədəni abidələri, məscidləri, məktəb və kitabxanaları tamamilə viran etdikləri barədə mərakeşli oxuculara məlumat verilmişdir.

Yazıda qeyd edilmişdir ki, Azərbaycanın işğal olunmuş rayonlarından biri də Kəlbəcərdir. O, Kəlbəcər rayonunun ərazisinin işğaldan əvvəl 1936 kvadratkilometr olduğunu, əhalisinin sayının isə 71 min təşkil etdiyini bildirmiş, şəhərin mühüm hərbi-strateji mövqeyə malik olduğunu, dağlıq relyefi, gözəl təbiəti, əsrarəngiz meşələri və dünyada analoqu olmayan mədənləri ilə səciyyələndiyini diqqətə çatdırmışdır.

Şəhərin ermənilər tərəfindən aprelin 2-də işğal olunduğunun qeyd edildiyi məqalədə hərbi təcavüz nəticəsində məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, rayon məscidinin dağıdıldığı, muzeyin talan edildiyi barədə məlumat verilmiş, 511 sakinin şəhid, 100-dən çox insanın şikəst edildiyi və 321 nəfərin isə itkin düşdüyü bildirilmişdir.

Daha sonra məqalədə BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanıldığı vurğulanmış, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi, münaqişə ilə bağlı bəzi ölkələrin ikili standartlara əsaslanması səbəbindən işğal olunmuş ərazilərin boşaldılması barədə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələri icra etmədiyi və 20 faiz Azərbaycan ərazisini hələ də işğal altında saxladığı vurğulanmışdır.

 

AzərTac.az