Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 38-ci iclası keçirilib

Posted by

Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 38-ci iclası keçirilibMoskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 38-ci iclası keçirilib

Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 38-ci iclası keçirilib

Avqustun 26-dan 28-dək Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 38-ci iclası keçirilib.

Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, iclasda Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov, İran İslam Respublikası xarici işlər nazirinin müavini İbrahim Rəhimpur, Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyyə Amanjolova, Rusiya Federasiyası Prezidentinin dövlət sərhədlərinin delimitasiya və demarkasiyası üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir İqor Bratçikov və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət müəssisəsinin sədri Murad Atacanovun başçılıq etdikləri nümayəndə heyətləri iştirak ediblər.

İqor Bratçikovun sədrliyi ilə keçirilən iclasda Dördüncü Xəzər Sammitinin yekun sənədlərinin hazırlığına xüsusi diqqət yetirilib. Həmçinin yüksək səviyyəli görüşdə imzalanması nəzərdə tutulan Xəzər dənizində sərhədyanı ölkələrin əməkdaşlığının hüquqi bazasının möhkəmlənməsinə yönəlmiş beştərəfli hökumətlərarası sazişlərin mətnlərinin hazır olduğu qeyd edilib.

Nümayəndə heyətləri xüsusi işçi qrupunun 38-ci iclasının yekunlarını yüksək qiymətləndiriblər və onun yüksək səviyyədə təşkilinə görə Rusiya Federasiyasına təşəkkürlərini bildiriblər.

Xüsusi işçi qrupunun növbəti iclası Bakıda keçiriləcək. İclasın keçirilmə vaxtı diplomatik kanallarla razılaşdırılacaq.

 

AzərTac.az