Moldovalı mütəxəssislər Azərbaycan həbsxanalarındakı vəziyyəti öyrənirlər

Posted by

Moldovalı mütəxəssislər Azərbaycan həbsxanalarındakı vəziyyəti öyrənirlərMoldovalı mütəxəssislər Azərbaycan həbsxanalarındakı vəziyyəti öyrənirlər

Moldovalı mütəxəssislər Azərbaycan həbsxanalarındakı vəziyyəti öyrənirlər

Moldova nümayəndə heyəti Penitensiar Xidmətin Müalicə müəssisəsinə baş çəkib.

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ölkəmizdə səfərdə olan Moldovanın geniştərkibli nümayəndə heyəti bu gün Avropa Şurası Etimad Artıran Tədbirlər (CMB) proqramı çərçivəsində Azərbaycan penitensiar müəssisələrində vərəm, vərəm/QİÇS, həbs yerlərində tibbi və gigiyenik normalar, vərəmli xəstələr üçün müalicə və saxlama şəraiti, həmçinin azadlığa buraxıldıqdan sonra onlara davamlı nəzarət üzrə həyata keçirilən işlərlə tanışlıq məqsədilə Müalicə müəssisəsinə baş çəkib.

 

Başçəkmə zamanı tibbi və gigiyenik normalar, saxlanma şəraiti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, lazımi məlumatlar verilib.

 

Trend.az