Şəmkirdə 220-dən çox boş iş yerini işsiz və işaxtaran vətəndaşlara təqdim edəcək

Posted by

Şəmkirdə 220-dən çox boş iş yerini işsiz və işaxtaran vətəndaşlara təqdim edəcəkŞəmkirdə 220-dən çox boş iş yerini işsiz və işaxtaran vətəndaşlara təqdim edəcək

Şəmkirdə 220-dən çox boş iş yerini işsiz və işaxtaran vətəndaşlara təqdim edəcək

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikamızın bölgələrində Əmək yarmarkaları davam etdirilir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə daxil olan məlumata görə, növbəti Əmək yarmarkasının sabah (26 noyabr) Şəmkir rayonunda keçirilməsi nəzərdə tutulur. Ə.Cavad adına Mədəniyyət Mərkəzində təşkil olunacaq aktiv məşğulluq tədbirində 22 müəssisə üzrə əsasən 226 boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim olunacaq. Tədbirdə boş iş yeri təqdim edən müəssisələrin nümayəndələri də iştirak edəcək.

 

ƏƏSMN tərəfindən cari ilin əvvəlindən bu günədək ölkənin 58 rayon və şəhərində Əmək yarmarkaları keçirilib. Bu tədbirlərdə 5666 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib, 464 nəfər peşə hazırlığına, 275 nəfər ödənişli ictimai işlərə cəlb edilmək üçün qeydiyyata alınıb.

 

Trend.az