Misir KİV-ləri Xocalı soyqırımı haqqında Azərbaycan səfirinin bəyanatını yayıblar

Posted by

Misirin “Əxbarəlyoum” internet nəşrində Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin bəyanatı dərc olunub. Bəyanatda qeyd edilir ki, 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərinin dinc əhalisi Ermənistanın silahlı qüvvələri tərəfindən misli görünməmiş soyqırımına məruz qalıb.

Qeyd olunur ki, bu faciəyə və sarsıntılara baxmayaraq, Azərbaycan dinamik inkişaf və tərəqqi edən, inkişaf etmiş iqtisadiyyata malik bir ölkə qurub və bu ölkə sürətlə inkişaf etməkdədir. Ş.Abdullayevin sözlərinə görə, ölkəmiz həmçinin keçid proseslərini uğurla keçmiş və qısa bir zamanda öz valyuta ehtiyatlarını xeyli artırıb. Hazırda bu ehtiyatlar 50 milyard dollardan çoxdur. Bəyanatda bildirilir ki, Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaların məbləği 170 milyard ABŞ dollarına çatıb. Diplomat deyib: “Bu, açıq-aşkar təsdiq edir ki, qısa müddətdə bu rəqəmlər iki və ya üç dəfə artacaq”.

Trend.az