Mingəçevirdə istehlakçı hüquqlarının qorunmasına dair konfrans keçirilib

Posted by

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti noyabrın 21-də “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti konfransı Mingəçevirdə keçirib.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Dövlət Xidmətinin rəis müavini Araz Əliyev konfrans iştirakçılarına yanvar-oktyabr aylarında keçirilmiş nəzarət tədbirləri barədə məlumat verib. Bildirilib ki, bu ilin on ayı ərzində mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 46,3 ton ərzaq və 0,3 ton qeyri-ərzaq malları qanuna müvafiq qaydada satışdan çıxarılaraq məhv edilib.

Konfransda istehlakçı hüquqlarının qorunması barədə məruzələr dinlənilib, istehlakçı hüquqlarından, həmçinin ticarət və xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.

Sonda iştirakçılara istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

AzərTac.az