Millət vəkili gənclər şəhərciyinin tikilməsini təklif edir

Posted by

Millət vəkili gənclər şəhərciyinin tikilməsini təklif edirMillət vəkili gənclər şəhərciyinin tikilməsini təklif edir

Millət vəkili gənclər şəhərciyinin tikilməsini təklif edir

Azərbaycanda ipoteka kreditləri üzrə faiz dərəcələri aşağı salınmalıdır.

 

“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisdə Azərbaycanın 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsində millət vəkili İqbal Ağazadə deyib.

 

Millət vəkili məvacibi aşağı olanların ipotekadan yararlana bilməməsindən narahat olduğunu bildirib: “Bu ipotekanı maaşı yüksək olanlar ala bilirlər. Mənzil şəraiti pis olan, aşağı maaş alan insanlar ipoteka yolu ilə ev ala bilmirlər. Onlar 50 min manatdan da artıq pul ödəməlidir. Bilirsiniz ki, heç 50 min manata Bakı şəhərində ev almaq mümkün deyil. Buna görə də faiz şərtləri yumşaldılmalıdır. Təklif edirəm ki, gənclər şəhərciyi tikilsin. Vətəndaşlar 25 il müddətinə, ayda 160 manat olmaqla 100 kvadratmetrlik mənzilin pulunu ödəyə bilər. Növbəti büdcədə bunun nəzərə alınmasını istəyərdim”.

 

İpoteka vasitəsilə mənzilə ehtiyacı olanların cəmi 5%-nin evlə təmin olunduğunu əsas gətirən digər millət vəkili Əli Məsimli də sosial evlərin inşa olunmasını məqsədəuyğun saydığını bildirib.

 

Apa/az