Milli Məclisin sədri Braziliyanın idman naziri ilə görüşüb

Posted by

Milli Məclisin sədri Braziliyanın idman naziri ilə görüşübMilli Məclisin sədri Braziliyanın idman naziri ilə görüşüb

Milli Məclisin sədri Braziliyanın idman naziri ilə görüşüb

Noyabrın 6-da Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Braziliyanın idman naziri Aldo Rebelo ilə görüşüb.

AzərTAc xəbər verir ki, Oqtay Əsədov nazirə ölkələrimiz arasında müxtəlif sahələrdəki əməkdaşlıq, Azərbaycanın sürətlə inkişafı, Avropanın enerji təhlükəsizliyinin təminində oynadığı rol haqqında məlumat verib. Milli Məclisin sədri qarşılıqlı səfərlərin və parlamentlərarası əlaqələrin ikitərəfli əməkdaşlığın möhkəmlənməsində rolunu xüsusi vurğulayıb.

Oqtay Əsədov Azərbaycan ilə Braziliya arasında idman sahəsində əməkdaşlıqla bağlı fəaliyyət planının imzalanmasının əməkdaşlığın daha da inkişafına töhfə verəcəyini bildirib. Sədr idmanın müxtəlif növləri ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin zəruriliyini vurğulayıb.

Azərbaycanın idman sahəsində qazandığı uğurlardan danışan Milli Məclisin sədri bildirib ki, artıq ölkəmiz istənilən beynəlxalq tədbirə ev sahibliyi etmək iqtidarındadır. 2015-ci ildə Azərbaycanda ilk Avropa Oyunları, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq səviyyəli idman yarışları keçiriləcək ki, bu da heç də təsadüfi deyil.

Görüşdə braziliyalı nazirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilib, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamə və qərarlara rəsmi Yerevan tərəfindən məhəl qoyulmadığı vurğulanıb.

Aldo Rebelo Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirib. O deyib ki, idmanla bağlı qarşılıqlı təcrübə mübadiləsi hər iki ölkədə bu sahənin inkişafına, eləcə də ikitərəfli əməkdaşlığa töhfə verəcək.

 

AzərTac.az