Milli Məclisin sədri: “Azərbaycanın avrointeqrasiyasına Dağlıq Qarabağ münaqişəsi mane olur”

Posted by

Milli Məclisin sədri: “Azərbaycanın avrointeqrasiyasına Dağlıq Qarabağ münaqişəsi mane olur”

 

Milli Məclisin sədri: “Azərbaycanın avrointeqrasiyasına Dağlıq Qarabağ münaqişəsi mane olur”

Milli Məclisin sədri: “Azərbaycanın avrointeqrasiyasına Dağlıq Qarabağ münaqişəsi mane olur”

 

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Latviya Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun rəhbəri Yanis Reyrsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

Parlamentdən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasındakı siyasi dialoq yüksək səviyyədə olduğunu deyən spiker bildirib ki, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar, dövlətlər arasında imzalanmış sənədlər bunu deməyə əsas verir: “Biz iqtisadi sahədə də əməkdaşlığımızı dərinləşdirmək niyyətindəyik. Bu sahədə geniş imkanlar var. Zənnimizcə, bu məqsədlə Hökumətlərarası Komissiyanın fəaliyyətinin gücləndirilməsi, qarşılıqlı biznes-forumların keçirilməsi ümumi işin xeyrinə olardı”.

 

Görüşdə O.Əsədov demokratik, dünyəvi dövlət quruculuğu sahəsində inamlı addım atan Azərbaycanda Avropaya inteqrasiya istiqamətində görülən işlərdən danışıb: “Avropa enerji təhlükəsizlik sisteminə mühüm töhfələr verən Azərbaycan bütöv bir regionun iqtisadi tərəqqisində də əhəmiyyətli rol oynayır. Ancaq Dağlıq Qarabağ problemi bu proseslərə böyük maneçilik törədir”.

 

Latviya nümayəndə heyətinin Azərbaycana səfərinin Xocalı faciəsinin ildönümünə təsadüf etdiyinə diqqət çəkən spiker qonaqların bu məsələ ilə əlaqədar parlamentdə keçirilən müzakirələrdə iştirakını əhəmiyyətli hesab edib. Görüşdə problemin tarixi barədə ətraflı məlumat verən sədr erməni diasporunun və erməni liderlərinin yeritdikləri məkrli siyasət barədə danışıb: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, problemlə əlaqədar Avropa Parlamentinin, AŞPA-nın qəbul etdiyi sənədlərə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir, “dənizdən-dənizə Böyük Ermənistan” xülyasından heç cür əl çəkmək istəmir”.

 

Latviyalı deputat Yanis Reyrs Bakıya səfəri çərçivəsində burada keçirdikləri görüşlərdən məmnun qaldığını bildirib. O, yüksək səviyyəli siyasi dialoqun iki ölkə arasındakı münasibətlərin hərtərəfli inkişafına müsbət təsirindən danışıb, parlamentlər səviyyəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Qonaq Xocalı soyqırımı ilə əlaqədar Milli Məclisdə keçirilən müzakirələrdə iştirakından çox təsirləndiyini söyləyərək, bu soyqırımının tanıdılması məqsədi ilə Baltikyanı ölkələrdə Azərbaycan diasporunun apardığı işləri yüksək qiymətləndirib. O qeyd edib ki, Dağlıq Qarabağ problemi ilə əlaqədar məsələyə Latviya parlamentinin ayrı-ayrı strukturlarında artıq baxılır.

 

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Apa.az