Milli Məclisin payız sessiyası sentyabrın 30-da öz işinə başlayacaqdır

Posted by

Milli Məclisin payız sessiyası sentyabrın 30-da öz işinə başlayacaqdır

Milli Məclisin payız sessiyası sentyabrın 30-da öz işinə başlayacaqdırMilli Məclisin payız sessiyası sentyabrın 30-da öz işinə başlayacaqdır

Sentyabrın 30-da Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il payız sessiyası öz işinə başlayacaqdır.

AzərTAc xəbər verir ki, sessiyanın ilk iclasında 40-dan çox məsələnin müzakirəsi nəzərdə tutulmuşdur.
İclasda əvvəlcə payız sessiyanın qanunvericilik işləri planı təsdiqlənəcəkdir.
Sonra deputatlar bir sıra beynəlxalq sənədləri – “Ekstradisiya haqqında” Avropa Konvensiyasının Üçüncü Əlavə Protokolunun (bəyanatlar ilə) təsdiq edilməsi barədə”, “2015-ci ilədək humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan – Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihələrini təsdiq edəcəklər.
İclasda, həmçinin “Sosial müavinətlər haqqında”, “Azərbaycan Respublikası Mülki Aviasiyasının 75 illiyi (1938–2013)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Azərbaycan Respublikasının “İstiqlal” ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Azərbaycan Bayrağı” ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Şöhrət” ordeninin statusunun və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeninin statusunun və təsvirinin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Hərbi xidmətlərə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Vətən uğrunda” medalının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “İgidliyə görə” medalının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Hərbi xidmətdə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə”, “Azərbaycan Respublikasının “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının “Polis veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında”, “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında”, “Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında”, “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə”, “Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə” və “Miqrasiya orqanlarında qüsursuz qulluğa görə”, “Azərbaycan Respublikası medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” və Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Ədalət mühakiməsinin rəsmi embleminin təsviri”ndə dəyişiklik edilməsi barədə” qanunlara dəyişikliklər olunacaqdır.
Milli Məclis “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda, Cinayət, Cinayət-Prosessual, Mülki Prosessual, İnzibati Prosessual və Əmək məcəllələrində, “Dövlət rüsumu haqqında”, “Notariat haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlara da münasibət bildiriləcəkdir.