Milli Məclisin deputatları Özbəkistanda parlament seçkilərini müşahidə edəcəklər

Posted by

Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, deputatlar Aydın Abbasov və Etibar Hüseynov Özbəkistanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün dekabrın 18-dən 22-dək bu ölkədə səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, deputatlar Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasına keçiriləcək seçkilərə hazırlığın vəziyyətini öyrənəcək, müxtəlif məntəqələrdə səsvermənin gedişini izləyəcək, vətəndaşların fəallığı, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunması və demokratiyanın tələblərinə riayət edilməsi məsələlərinə diqqət yetirəcəklər.

AzərTac.az