Milli Məclisin deputatı Fransada Vyetnamın vitse-prezidenti ilə görüşüb

Posted by

Milli Məclisin deputatı Fransada Vyetnamın vitse-prezidenti ilə görüşüb

Milli Məclisin deputatı Fransada Vyetnamın vitse-prezidenti ilə görüşüb

Milli Məclisin deputatı Fransada Vyetnamın vitse-prezidenti ilə görüşüb

Millət vəkili Qənirə Paşayeva Vyetnamın vitse-prezidenti xanım Nguyen Thi Doanla görüşüb.

 

APA-nın məlumatına görə, görüş Parisdə Ümumdünya Qadın Sammiti çərçivəsində baş tutub.

 

Görüş zamanı Q.Paşayeva Vyetnam vitse-prezidenti və onun rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib. Q.Paşayeva Vyetnam rəsmilərinin diqqətinə yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü çatdırıb. Millət vəkili qeyd edib ki, dünyanın harasında yaşamalarından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuz olan qadınlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar.

 

Q. Paşayeva Vyetnam vitse-prezidentinə ermənilərin dinc azərbaycanlılara qarşı XX əsrin əvvələrində və sonlarında törətdiyi soyqırımları, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, işğal altında olan Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələrin, qəbiristanlıqların məhv edilməsi barədə materialları özündə əks etdriən “Azərbaycan Həqiqətləri” filmləri kataloqunu təqdim edib. Millət vəkili nümayəndə heyətinə həmçinin Azərbaycan mədəniyyətinə aid kitablar, sənədli filmlər də təqdim edib.

 

Apa.az