Milli Məclisdə beynəlxalq təşkilatlarda Azərbaycan dilindən istifadə olunması məsələsi qaldırılıb

Posted by

Milli Məclisdə beynəlxalq təşkilatlarda Azərbaycan dilindən istifadə olunması məsələsi qaldırılıbMilli Məclisdə beynəlxalq təşkilatlarda Azərbaycan dilindən istifadə olunması məsələsi qaldırılıb

Milli Məclisdə beynəlxalq təşkilatlarda Azərbaycan dilindən istifadə olunması məsələsi qaldırılıb

Beynəlxalq təşkilatlarda Azərbaycan dilindən istifadə olunması təklif edilib.

 

APA-nın məlumatına görə, bu təkliflə deputat Musa Quliyev Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

 

M. Quliyev Azərbaycan Milli Məclisin deputatı Asəf Hacıyevin bu yaxınlarda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının baş katibi seçilməsinə diqqət çəkərək, beynəlxalq təşkilatlarda Azərbaycan dilindən istifadə olunmasının, nümayəndə heyətlərimizin öz dilində çıxış etməsinin vaxtının çatdığını qeyd edib: “Bunun üçün gələn ilin büdcəsindən vəsait ayrılmasını da nəzərdə tutmaq olar. Yetər ki, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın maliyyələşdirdiyi tərcüməçilər çalışsın, Azərbaycan dilində də çıxışlar olsun”.

 

Spiker Oqtay Əsədov deputatın təklifini dəstəklədiyini bildirib: “Yaxşı ideyadır, beynəlxalq təşkilatlarla danışıb həll etmək olar”.

 

 

Apa.az