Milli Məclisdə benzinin qiymətinin aşağı salınması təklif olunub

Posted by

Milli Məclisdə benzinin qiymətinin aşağı salınması təklif olunubMilli Məclisdə benzinin qiymətinin aşağı salınması təklif olunub

Milli Məclisdə benzinin qiymətinin aşağı salınması təklif olunub

Azərbaycanda benzinin qiymətinin aşağı salınması təklif olunub.

 

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov çıxış edərək dünya bazarında neftin qiymətinin kəskin düşməsinə diqqət çəkib və Azərbaycanda benzinin qiymətinin aşağı salınmasının vacib, təxirəsalınmaz olduğunu deyib.

 

O qeyd edib ki, bu gün neftin qiyməti 60 dollara yaxınlaşır, bununla bağlı qonşu Gürcüstanda, Rusiyada, hətta Türkiyədə benzinin qiymətində ciddi enmələr baş verir: “Azərbaycan Aİ-95 markalı premium benzini xaricdən idxal edir. Hesab edirəm ki, İqtisadi İnkişaf Nazirliyi və Tarif Şurası benzinin qiyməti məsələsinə baxmalıdır”.

 

Apa.az