Milli Məclisə brauzeri və fotoaparat funksiyası olan telefonla daxil olmaq qadağan edilib

Posted by

Mətbuatda Milli Məclisə brauzeri və fotoaparatı olan telefonlarla daxil olmaq qadağan edilməsi barədə xəbərlər yayılıb.

Gün.Az xəbər verir ki, məlumatı şərh edən millət vəkili Aydın Mirzəzadə bildirib ki, bu parlament binasının xüsusi rejimli bir obyekt olması ilə bağlıdır və bütün dünyada belə bir praktika var.

“Parlament binasına brauzer və fotoaparat funksiyaları olmayan telefon aparatı ilə daxil olmağa heç bir qadağa yoxdur. Mən belə bir telefon aparatı ( qiyməti 32 manatdır ) aldım və binaya daxil olmamışdan əvvəl, nömrə kartımı o aparata yerləşdirərək daxil oluram. Ona görə də binada olarkən də öz mobil telefonumdan istifadə edə bilirəm.

Binaya sadalanan funksiyalı telefonla gələnlə ro aparatı girişdə təhvil verməlidirlər. Sadə telefon aparatı olanlar isə probelmsiz binaya daxil olurlar və aparatlarını təhvil verməyə ehtiyac olmur”.

Qeyd edək ki, bu qadağa parlamentə daxil olan hər kəsə aiddir.