Milli Məclisin payız sessiyasının sonuncu iclasının vaxtı məlum olub

Posted by

Azərbaycan Milli Məclisinin 2017-ci ildə və payız sessiyasında keçiriləcək sonuncu plenar iclasının tarixi açıqlanıb.

Parlamentin sonuncu plenar iclası dekabrın 29-da olacaq. Bu tarixə qədər parlamentin daha iki plenar iclası keçiriləcək. Həmin iclaslar dekabrın 15-də və 22-də olacaq.

Qeyd edək ki, Milli Məclisin sonuncu plenar iclası dekabrın 1-də keçirilib.

Report