Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji xidmətlərin göstərilməsi layihəsinin başlanması ilə bağlı mətbuat konfransı keçiriləcək

Posted by

“İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji xidmətlərin göstərilməsi layihəsinin başlanması ilə bağlı Mətbuat konfransı keçirəcək

“İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Müharibədə itkin düşmüş şəxslərin Bakı şəhərində yaşayan və psixoloji yardıma ehtiyacı olan ailələri üçün psixoloji xidmətlərin göstərilməsi layihəsinin başlaması ilə əlaqədar olaraq 22 Sentyabr 2017-ci il tarixdə saat 11:00-da New Baku Hotel-nin 1-ci mərtəbəsindəki zalda mətbuat konfransı keçirəcəkdir.

Layihə vətənin azadlığı və bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin ailələrinə unudulmadıqları mesajını vermək, dövlətimizin bu sahədə apardığı ardıcıl və məntiqli siyasətə ictimai dəstək verməklə yanaşı, gənc nəslin dövlətçilik ruhunda tərbiyəsinə kömək etməkdir.

Mətbuat konfransında KİV və QHT nümayəndələrinin iştirakı nəzərdə tutulub. Layihənin önəmini nəzərə alaraq, KİV nümayəndələrindən bu mətbuat konfransında iştirak etməyə dəvət edirik.

 

Mətbuat xidməti

012-441-09-24