Metro stansiyalarının keçidlərində ticarətlə məşğul olan şəxslərə alternativ yerlər təklif olunub

Posted by

Martın 13-də və 14-də Bakı Metropoliteni stansiyalarının keçidlərindəki köşklərdə çalışan bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşüblər.

APA-nın məlumatına görə, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qərarı ilə metro stansiyalarından yığışdırılacaq ticarət köşklərində çalışanlar görüşdə paytaxtda ticarətlə məşğul olmaq üçün alternativ yerlərin ayrılmasını istəyiblər.

Martın 13-də Bakı şəhər rayonlarının icra başçılarının da iştirak etdiyi görüşdə metro stansiyalarının keçidlərindəki ticarət köşklərində çalışanlara paytaxtda ticarətlə məşğul olmaları üçün alternativ yerlərin ayrılması məsələsi geniş müzakirə olunub.

H. Abutalıbov bu gün satıcılarla yenidən görüşüb. Satıcıların APA-ya verdiyi məlumata görə, görüşdə onlara ticarətlə məşğul olmaq üçün paytaxtdakı “Yaşıl”, “Şərq”, və Keşlə bazarlarında, “Günəş” və AMAY ticarət mərkəzlərində yerlər təklif olunub.

H. Abutalıbov 3 ay ərzində onlardan icarə haqqı alınmayacağı bildirib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova APA-ya açıqlamasında bildirib ki, bu görüşlər barədə mətbuat xidmətinə hələ heç bir məlumat daxil olmayıb.

Qeyd edək ki, Bakı Metropoliteninin stansiyalarında fəaliyyət göstərən ticarət köşklərinin sahiblərinə ərazini boşaltmaq üçün martın 27-dək vaxt verilib. Bu qərar köşklərdə çalışanların etirazına səbəb olsa da, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi qərarını dəyişməyib.

Apa.az