Mədəniyyət və Turizm Nazirliyi 11 mehmanxanaya ulduz, 6 mehmanxanaya lisenziya verib

Posted by

Mədəniyyət və Turizm Nazirliyi 11 mehmanxanaya ulduz, 6 mehmanxanaya lisenziya veribMədəniyyət və Turizm Nazirliyi 11 mehmanxanaya ulduz, 6 mehmanxanaya lisenziya verib

Mədəniyyət və Turizm Nazirliyi 11 mehmanxanaya ulduz, 6 mehmanxanaya lisenziya verib

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi 11 mehmanxanaya dərəcə sertifikatları, 6 mehmanxanaya isə lisenziya verib.

Trend nazirliyin rəsmi saytına istinadən bildirir ki, təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan “HotelStars Criteria 2010-2014”-ə uyğun hazırlanmış “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə” AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “JW Marriott Absheron Baku” mehmanxanası (5 ulduz), “Kempinski Hotel Badamdar Baku” mehmanxanası (5 ulduz), “Caspian Sea Resort” mehmanxanası (5 ulduz), “Şah” mehmanxanası (4 ulduz), “Alp İnn” mehmanxanası (4 ulduz), “Emerald” mehmanxanası (4 ulduz), “Viləş Palace” mehmanxanası (4 ulduz), “Meşəbəyi” istirahət mərkəzi (4 ulduz), “Austin Butik” mehmanxanası (3 ulduz), “Arena” mehmanxanası (3 ulduz) və “Rigs” mehmanxanasına (2 ulduz) sertifikat verilib.

Nazirlik avqust ayı ərzində 6 mehmanxana və mehmanxana tipli obyektin fəaliyyətinə dair xüsusi razılıq (lisenziya) verib. Bunlar “Eden Park Hotel” istirahət mərkəzi (Qax rayonu, İlisu kəndi), “Cinema Boutique” mehmanxanası (Gəncə şəhəri, Cavad xan küçəsi, 2), “Bulvar Inn” mehmanxanası (Bakı şəhəri), “Gəncəli Plaza” mehmanxanası (Bakı şəhəri), “Qaya” istirahət mərkəzi (İsmayıllı rayonu, Qaraqaya kəndi) və “Balakən” mehmanxanasıdır (Balakən rayonu).

 

Trend.az