MDB sammitində miqrasiya və narkotiklərlə mübarizəyə dair sənədlər imzalanıb

Posted by

MDB sammitində miqrasiya və narkotiklərlə mübarizəyə dair sənədlər imzalanıbMDB sammitində miqrasiya və narkotiklərlə mübarizəyə dair sənədlər imzalanıb

MDB sammitində miqrasiya və narkotiklərlə mübarizəyə dair sənədlər imzalanıb

MDB ölkələrinin liderləri Minskdə keçirilmiş MDB Dövlət Başçıları Şurasının yekunu üzrə sərhədyanı nəzarət, miqrasiya, narkotiklərin yayılmasına və insan alverinə qarşı fəaliyyət və maliyyə kəşfiyyatı sahələrində bir sıra sənədlər imzalayıblar.

Şuranın iclasında Ukrayna Prezidenti Pyotr Poroşenko istisna olmaqla bütün MDB dövlət başçıları iştirak ediblər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, iclasda narkotiklər üzərində beynəlxalq nəzarət sisteminin saxlanılması və möhkəmləndirilməsi haqqında bəyanat, həmçinin insan alverinə qarşı mübarizədə MDB ölkələrinin əməkdaşlığı üzrə konsepsiya barədə qərar da qəbul edilib.

Bundan başqa, MDB-nin xarici sərhədlərində sərhədyanı təhlükəsizliyə yönəlmiş təhdidlərə çevik reaksiya verilməsi üçün sərhədyanı qurumların birgə ekspert qruplarının formalaşdırılması və tətbiqi qaydaları haqqında saziş imzalanıb.

2015-2019-cu illərdə qanunsuz miqrasiya ilə mübarizədə MDB ölkələrinin əməkdaşlıq proqramı haqqında qərar da qəbul olunub.

 

Trend.az