MDB Parlament Assambleyası daimi komissiyasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Posted by

MDB Parlament Assambleyası daimi komissiyasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblərMDB Parlament Assambleyası daimi komissiyasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

MDB Parlament Assambleyası daimi komissiyasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

MDB Parlament Assambleyasının mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının Bakıda keçirilən iclasının iştirakçıları oktyabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

AzərTAc xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qonaqlar, həmçinin Azərbaycanın və SSRİ-nin Xalq Artisti, dünya şöhrətli ifaçı Müslüm Maqomayevin də məzarını ziyarət ediblər.

Sonra Şəhidlər xiyabanına gələn iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

 

AzərTac.az