MDB Dövlət Başçıları Şurası Minskdə 17 sənədə baxacaq

Posted by

MDB Dövlət Başçıları Şurası Minskdə 17 sənədə baxacaqMDB Dövlət Başçıları Şurası Minskdə 17 sənədə baxacaq

MDB Dövlət Başçıları Şurası Minskdə 17 sənədə baxacaq

Cümə günü Minskdə keçiriləcək MDB Dövlət Başçıları Şurasının iclasında humanitar, təhlükəsizliyin təminatı və digər sahələrdə dövlətlərarası əməkdaşlığın gələcək inkişafına yönəldilmiş 17 sənədə baxılacaq. Trend xəbər verir ki, bu barədə BELTA MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Xüsusilə MDB-nin iştirakçısı olan dövlətlərin 2015-2019-cu illərdə qanunsuz miqrasiyaya qarşı fəaliyyətə dair əməkdaşlıq proqramının layihəsinə baxılacağı gözlənilir. Sənəd miqrasiya siyasətinin təkmilləşdirilməsi və uyğunlaşdırılmasına, Birlik dövlətlərinin milli qanunvericiliyinin yaxınlaşdırılması və təkmilləşdirilməsinə, beynəlxalq hüquqi bazasının inkişafına yönəlib. O, MDB ölkələrinin dövlət sərhədlərində sərhəd və miqrasiya nəzarətinin təkmilləşdirilməsini, birgə və ya uyğunlaşdırılmış profilaktik, operativ-axtarış tədbirlərinin, xüsusi əməliyyatların və s. keçirilməsini nəzərdə tutur: “Sənəd Birlik dövlətlərinin bu sahədə əməkdaşlığının hüquqi bazasının təkmilləşdirilməsi üzrə geniş tədbirlər kompleksindən ibarətdir”.

Təhlkəsizlik sahəsində sənəd layihələri sırasında MDB dövlətlərinin xarici sərhədlərində sərhədlərin təhlükəsizliyinə təhdidlərə çevik reaksiya göstərilməsi üçün sərhəd idarələrinin mütəxəssislərindən ibarət qrupun formalaşdırılması və işləməsi qaydaları haqqında saziş, narkotiklər üzərində beynəlxalq nəzarət sisteminin saxlanması və möhkəmləndirilməsi haqqında bəyanat; insan alverinə qarşı mübarizədə qarşılıqlı fəaliyyətdə əməkdaşlığın konsepsiyası və s. var.

Məsələlərin xeyli hissəsi humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinə yönəldilib.

Birliyin fəaliyyətinin hüquqi təminatı sahəsində ayrıca blokda hüquqi aktların və başqa sənədlərin vahid reyestri çərçivəsində MDB-nin müqavilə-hüquq bazasının inventarizasiyası haqqında məsələlərə baxılacağı da ğözlənilir.

 

Trend.az