Müdafiə Nazirliyinin İdarə rəisi: Azərbaycan müdafiə sisteminin gücləndirilməsi, yeni standartların yaradılması işlərini davam etdirəcək

Posted by

Müdafiə Nazirliyinin İdarə rəisi: Azərbaycan müdafiə sisteminin gücləndirilməsi, yeni standartların yaradılması işlərini davam etdirəcək

Müdafiə Nazirliyinin İdarə rəisi: Azərbaycan müdafiə sisteminin gücləndirilməsi, yeni standartların yaradılması işlərini davam etdirəcək

Müdafiə Nazirliyinin İdarə rəisi: Azərbaycan müdafiə sisteminin gücləndirilməsi, yeni standartların yaradılması işlərini davam etdirəcək

Azərbaycan təhlükəsizlik və müdafiə sisteminin NATO standartları əsasında təkmilləşdirilməsi işini davam etdirmək niyyətindədir. Trend xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Hərbi Strategiya və Planlaşdırma İdarəsinin rəisi polkovnik Elman Səmədov Bakıda NATO Parlament Assambleyasının (NATO PA) “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı Rouz-Rout seminarının 2-cü günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan münaqişəyə cəlb olunduğuna görə keçmiş sovet respublikaları arasında təhlükəsizlik və müdafiə sektorunda uzun yol qət edib: “Hazırda Azərbaycan region ölkələri arasında ən böyük hərbi büdcəyə malik ölkədir. Azərbaycan müdafiə və təhlükəsizlik sisteminin gücləndirilməsi, Silahlı Qüvvələrdə yeni standartların, əlavə potensialın yaradılması istiqamətində aparılan işləri və bu istiqamətdə strateji tərəfdaşları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir”.

İdarə rəisi qeyd edib ki, Azərbaycan coğrafi baxımdan elə bir regionda yerləşir ki, güclü müdafiə və təhlükəsizlik sektoruna malik olmalıldır: “Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın təhlükəsizlik sisteminə təhdiddir. Azərbaycanın böyük hissəsi hələ də Erməsniatanın işğalı altındadır. Ümumiyyətlə, Azərbaycan Cənubi Qafqazda elə bir yerdə yerləşib ki, Rusiya, Türkiyə və İran kimi ölkələrlə həmsərhəddəddir. Belə bir şəraitdə ölkənin güclü müdafiə və təhlükəsizlik sektoru olmalıdır ki, bütün təhlükələlərin öhdəsindən gələ bilsin. Buna isə yeni yanaşmalar tələb olunur”.

E.Səmədov bildirib ki, Azərbaycan artıq bir neçə ildir ki, NATO ölkələrinin təcrübəsi əsasında təhlükəsizlik və müdafiə sektorunda islahatlar aparır. Bu məqsədlə bir neçə mühüm strateji sənəd qəbul edilib. Artıq onların əsasında Müdafiə Nazirliyi tərəfindən Strateji Müdafiə İcmalı prosesinin Yekun İcra Sənədi də hazırlanıb.

O, deyib ki, Silahlı Qüvvələrdə yenidənqurma işləri başa çatdırılıb. Bu məqsədlə bir sıra NATO ölkələrinin təcrübəsi öyrənilib.

Bununla belə, polkovnik E.Səmədov qeyd edib ki, Müdafiə Nazirliyinin strukturu daim qiymətləndirilir ki, şəraitə uyğun olaraq dəyişikliklər edilsin.

Bundan əlavə, hərbi təhsil sistemində dəyişikliklər edilib, NATO proqramına uyğun hərbi təhsil proqramı təşkil olunub.

 

Trend.az