Mübariz Qurbanlı və Azay Quliyev arasında Anlaşma Memorandumu imzalanıb

Posted by

Mübariz Qurbanlı və Azay Quliyev arasında Anlaşma Memorandumu imzalanıbMübariz Qurbanlı və Azay Quliyev arasında Anlaşma Memorandumu imzalanıb

Mübariz Qurbanlı və Azay Quliyev arasında Anlaşma Memorandumu imzalanıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında Anlaşma Memorandumu imzalanıb. Trend xəbər verir ki, sənəd iki qurumun “Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti” movzusunda birgə həyata keçirdiyi konfrans çərçivəsində imzalanıb.

 

Memorandumu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Şuranın sədri Azay Quliyev imzalayıblar.

 

Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirb ki, iki qurum bigə İşçi qrupu yaradacaq. Qrup bu gün konfransda səslənən təklifləri sistemləşdirəcək. Onlar dini icmalarla QHT-lərin regionlarda həyata keçirilməsi üçün birgə layihələrin hazırlanmasında istifadə ediləcək.

 

İmzalanmadan öncə M.Qurbanlı deyib ki, dini icmalar QHT-lərlə birgə Azərbaycanda birgə layihələr hazırlayıb həyata keçirməlidirlər.

 

Mübariz Qurbanlı qeyd edib ki, bu konfransda Azərbaycanda ilk dəfədir ki, dini icmalarla QHT nümayəndələri bir araya gəliblər. Onun fikrincə, bu görüşün və birgə əməkdaşlığın böyük səmərəsi ola bilər: “Gələn il üçün Dövlət Komitəsinə və dini icmalara dövlət tərəfindən maddi vəsait ayrılıb. QHT-lərin layihələrin hazırlanması və həyata keçirilməsində böyük təcrübəsi var. Dini icmalar QHT-lərin təcrübəsindən istifadə edib layihələr hazırlamalıdır. Hətta onlar birgə layihələr də hazırlayıb həyata keçirə bilərlər”.

 

Trend.az