Mübariz Qurbanlı Azərbaycanda məscidlərin azlığı məsələsinə aydınlıq gətirdi

Posted by

Mübariz Qurbanlı Azərbaycanda məscidlərin azlığı məsələsinə aydınlıq gətirdiMübariz Qurbanlı Azərbaycanda məscidlərin azlığı məsələsinə aydınlıq gətirdi

Mübariz Qurbanlı Azərbaycanda məscidlərin azlığı məsələsinə aydınlıq gətirdi

“Bu gün dünyanın əksər ölkələrində din siyasi məqsədlər üçün istifadə edilir. Azərbaycanda da bu faktlara rast gəlmək olur”. Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Dövlət Komitəsinin “Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti” movzusunda birgə təşkil etdiyi konfransda çıxışı zamanı bildirib.

 

M.Qurbanlı qeyd edib ki, Azərbaycanda ibadət üçün məscidlərin çatışmaması barədə yayılan xəbərlərin heç bir əsası yoxdur.

 

Komitə sədri deyib ki, hazırda Azərbaycanda 2050 məscid var, onlardan 1600-ü fəaliyyət göstərir: “Bəzən kimsə deyir ki, Azərbaycanda məscid çatışmır. Bunların heç bir əsası yoxdur. Monitorinqlər göstərir ki, ölkədə 350-400 min vətəndaş məscidlərə daxil olub dini ayinləri icra edə bilərlər. Lakin hazırda Azərbaycanda hətta bayram namazlarına belə gələnlərin sayı təxminən 150 min nəfər civarındadır. Amma bu, heç də o demək deyil ki, Azərbaycanda namaz qılan insanlar azdır”.

 

Onun sözlərinə görə, bütün dünyada din pərdəsi altında siyasi məqsədlərini həyata keçirmək istəyən insanlar var. Dinin siyasi məqsədlər üçün istafədə olunmasına daha çox İslam ölkələrində rast gəlinir: “Xüsusi ilə İslam ölkələrində çoxsaylı insalar din pərdəsi altında gizlənənlərin və dinlərarası, məhzəblərarası ayrı-seçkiliklərin, bu ayrı-seçkiliklərdən siyasi məqsədlər üçün istifadə olunması nəticəsində baş verən müharibələrin, eyni zamanda, digər fəlakətlərin qurbanı olurlar”.

 

M.Qurbanlı qeyd edib ki, Azərbaycanda dövlət-din məsələləri Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları ilə tənzimlənir: “Hazırda Azərbaycanda dinlərarası və məhzəblərarası məsələlərdə ciddi problemlər, demək olar ki, yoxdur. Dini-mənəvi dəyərlərimizin, İslam dininin əxlaq və tərbiyə qaydalarının qorunub saxlanılması istiqamətində Azərbaycanda geniş layihələr həyata keçirilir. Bu işdə QHT-lərin də üzərinə böyük məsuliyyət düşür və QHT-lərin bu sahədə özünəməxsus yeri və rolu var”.

 

Trend.az