Mübariz Əhmədoğlu: Helikopterin məhvi Ermənistan və dünya erməniliyinin kəskin problemlərini aşkarladı

Posted by

Mübariz Əhmədoğlu: Helikopterin məhvi Ermənistan və dünya erməniliyinin kəskin problemlərini aşkarladıMübariz Əhmədoğlu: Helikopterin məhvi Ermənistan və dünya erməniliyinin kəskin problemlərini aşkarladı

Mübariz Əhmədoğlu: Helikopterin məhvi Ermənistan və dünya erməniliyinin kəskin problemlərini aşkarladı

Ermənistan rəhbərliyinin davranışı nəinki Dağlıq Qarabağ ermənilərinin, hətta Ermənistan və diaspor ermənilərinin də çaşqın vəziyyətdə olduğunu deməyə imkan verir. Trend-in məlumatına görə, bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Politoloq qeyd edib ki, Ermənistan helikopterinin Azərbaycan hərbçisi tərəfindən vurulmasının üzdə olandan xeyli dərin alt qatı var: “Helikopterin vurulması ermənilərin ənənəvi telemarafonu ərəfəsinə düşdü. Bu gün ümumi olaraq demək olar ki, telemarafonda ermənilərin yığdığı pul ötən illə müqayisədə 8 milyon azdır. Rusiyada telemarafonun keçirilməməsinin pulun azlığına təsiri etməsi ilə bağlı deyilənlər düzgün deyil. Rusiyada pul verən ermənilərin bir qismi həbsdədir, qalan qisminin pulu isə ABŞ və Avropadan qatıldı. Söhbət “Rosstrax”ın təsisçiləri, Sarkisov qardaşlarından gedir. Keçən ilə kimi bu iki milyarder qardaşın pulu Moskvadan gələn 9 milyonun içində idi. İndi bu qardaşlardan biri Los-Ancelos (Kaliforniya, ABŞ) şəhərində, digəri isə Lion (Fransa) şəhərində Ermənistanın konsulu işləyir. Fransada və ABŞ-ın Los-Ancelos şəhərində keçirilən marafonun təşkilatı işi ilə məşğul olan bu iki qardaşların pulu da oradan qoşulmalı idi. Eyni zamanda ABŞ-da Aso Tavityan adlı siyasətə meylli yeni erməni milyoneri peyda olub. Prezident Serj Sarkisyanla əlaqə saxlamaqla ABŞ-ın siyasi elitasına yol tapmaq istəyir. Eyni zamanda S.Sarksiyan və Ermənistan yolunda pul xərcləməyə hazır olduğunu nümayiş etdirib. S.Sarkisyanın ABŞ-a son səfəri zamanı bir sıra qeyri-rəsmi görüşləri Aso Tavityan təşkil etmişdi. Eləcə də bu milyoner Ermənistanın təhsil sahəsində bir sıra layihələri reallaşdırır. Erməni diasporu Ermənistana verdiyi pulu azaldır. Pulun azalmağı göz qabağındadır və yeni qoşulanlar nəzərə alınsa, pul verən köhnə bazanın vəziyyətinin daha bərbad olduğu üzə çıxa bilər”.

 

M.Əhmədoğlu bildirib ki, Ermənistan rəhbərliyi bunu bildiyi üçün bu ilki telemarafona xüsusi taktika ilə hazırlaşmışdı.

 

Onun sözlərinə görə, B.Saakyan Moskvada uğur qazanacağına əmin olmadığı üçün telemarafona Moskvadan deyil, Parisdən başladı:

 

“Moskvaya Dağlıq Qarabağın baş nazirinin müavini, əslən Qarabağın Hadrut rayonundan olan, Ermənistanın müdafiə nazirinin müavini və Ermənistanın parlamentində təhlükəsizlik komissiyasının sədri işləmiş Artur Aqabekyan getdi. Daşnak A.Aqabekyan Dünya erməniliyi ilə Rusiya Xarici İşlər Nazirliyi arasında koordinator, daşnak Yuri Navoyanla Moskvadakı ermənilər üçün Dağlıq Qarabağın investisiya imkanlarının təbliği barədə forum keçirildi. Helikopterin vurulmasının telemarafon ərəfəsinə düşməsi və rəsmi Yerevan dünya erməniliyindəki əhval-ruhiyyəni bildiyi üçün narahat oldu, əlavə tədbirlər gördü. Ən azı, “helikopterin xilası” ilə bağlı əməliyyatın tezləşməsi bunu deməyə əsas verir. Ermənilər heç olmasa A.Kaspşikin Bakıdan apardığı cavabı gözləməli idi. Erməni hərbiçilərinin cəsədlərinin çıxarılmadığına inanırıq. Ən azı erməni mənbələrinə istinad edərək erməni hərbçilərinin cəsədlərinin çıxarılmasını daha çox piar aksiya olduğunu deməyə əsas var. Bu əməliyyatla bağlı ilkin məlumatlar ata-oğul Şahnazariyanlar tərəfindən yayıldı. Əməliyyatın detalları barədə də məlumatları Levon Melik-Şahnazaryanın oğlu Qrant Melik-Şahnazaryan açıqladı. Erməni rəsmi hərbçilərinin heç bir strukturu bugünədək əməliyyatın keçirilməsi ilə bağlı detallı məlumat yaymayıblar. Mümkündür ki, erməni ordusu başıpozuq bandit dəstəsidir və ya keçmiş döyüşçülər əlavə hərbi strukturlar yaradıblar. Bu da faktdır ki, ermənilər hərbi əməliyyatların keçirilməsi və cəsədlərin qarşılanma mərasimlərinin keçirmədilər. Levon Melik-Şahnazaryan “Voskanapat” saytının rəhbəri, oğlu Levon Melik-Şahnazaryan isə politoloqdur. Yəni hər ikisinin piara meyli digər peşələrdən daha üstündür. Keçirilmiş əməliyyatın video görüntüləri də yoxdur. Bəlkə Melik-Şahnazaryanlar həmin əraziyə canavarlar buraxıblar?! Ermənistan rəhbərliyi Melik-Şahnazaryanların avantürasından dərhal istifadə etdi və dünyada olan erməniləri inandıra bildilər ki, erməni ordusu güclüdür, son “helikopterin xilası” hərbi əməliyyatı bunun sübutudur”.

 

Politoloq qeyd edib ki, ABŞ-ın Ermənistandakı səfiri Con Heffernin helikopterin vurulmasından sonrakı dövrdə yaydığı açıqlamalar tamam dəhşətdir:

 

“ABŞ səfiri Ermənistan nazirlərinin görə bilmədiyi işi görüb. ATƏT-in Minsk Qrupunun iki bəyanatı onun öz etirafına görə səfir C.Hefferinin əməlidir. ABŞ Dövlət Departamentini bu mövzuda daim ayaq üstə saxlayan da C.Heffern olub. O, Ermənistan rəhbərliyin məqsədinə çatması üçün əlindən gələni edib. Həmin dövrdə diqqətçəkən şübhəli daha iki hadisəsi var. Helikopter insidenti ilə təxminən eyni vaxtda Ermənistan müdafiə naziri S.Ohanyan nazirliyinin Mərkəzi Klinik hərbi hospitalın reanimasiya şöbəsinə yerləşdirilən iki erməni hərbçisinə baş çəkdi. Bu erməni hərbçisinin yaralanma şəraiti barədə heç bir məlumat verilmədi. Fransadan ABŞ-a yola düşən qondarma qurumun “prezidenti” B.Saakyan Vitalik Poqosyan adlı hərbçini ölümündən sonra mükafatlandıdı. Son vaxtlar Ermənistanda hərbçilər öldükdən sonra onları mükafatlandırırlar. V. Poqosyanın nə vaxt və hansı şəraitdə öldürülməsi barədə heç bir məlumat yoxdur. Hərbi saxtakarlıqlar, hərbi itkilər barədə məlumatın gizlədilməsi də Ermənistan rəhbərliyinin öz erməniləri və diaspor erməniləri qarşısında vəziyyəti gizlətməsi üçündür”.

 

Politoloqun sözlərinə görə, digər tərəfdən son vaxtlar Ermənistanda mitinqlər baş qaldırıb: “Mitinqlərin sahibi Yerevan erməniləridir. Başqa sözlə, indiki mitinqlərin təşkilində Qarabağ klanından heç kim iştirak etmir. Mitinqlərdə Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda ölməsi mövzusu dərhal aktuallaşa bilərdi. Ermənistanda Qarabağ klanından və Dağlıq Qarabağ siyasətindən xeyli narazıdırlar”.

 

Trend.az