Malena Mard: Təmas xəttində insan itkiləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində real addımlar atmağı zəruri edir

Posted by

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulması halları, həm hərbçilərin, həm də mülki insanların öldürülməsi və yaralanması Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində real addımların atılmasını zəruri edir.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri, səfir Malena Mard son dövrlərdə cəbhə xəttində vəziyyətin gərginləşməsinə münasibət bildirərkən deyib.

M.Mard qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin 20 ildir həll edilməməsi öz-özlüyündə narahatlıq doğurur.

Aİ səfiri əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin sülh yolu ilə həlli üçün həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə işləyirlər: “Çünki bir qurban daha çox qurbanların olmasına yol açır”.

Trend/az