Malena Mard: “Avropa Birliyi Azərbaycanla ticarət əlaqələrinin inkişafından məmnundur”

Posted by

Avropa Birliyi (AB) Azərbaycanla ticarət əlaqələrinin inkişafından məmnundur.

APA-nın məlumatına görə, bunu “Azərbaycanda müasir standartlaşdırma və texniki tənzimləmə sisteminin inkişafına dəstək” adlı “Tvining” layihəsinin açılış mərasimində AB-nin ölkəmizdəki səfiri xanım Malena Mard deyib.

AB-Azərbaycan ticarət əlaqələrinin daha genişlənməsinin önəmini qeyd edən M.Mard bildirib ki, texniki-standartlaşdırma sahəsi bu əlaqələrin inkişafı üçün çox vacibdir.

Diplomat həmçinin vurğulayıb ki, yeni standartlaşdırma sistemi Azərbaycanda ticarət əlaqələrinin genişlənməsinə yeni imkanlar yaradacaq.

Tədbirdə iştirak edən Böyük Britaniyanın ölkəmidəki səfiri İrfan Sıddıq isə bildirib ki, AB ilə Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edir. Onun sözlərinə görə, “Tvining” layihələri daha sıx əməkdaşlıq üçün imkan yaradır: “Məqsəd standartların keyfiyyətini artırmaqdır, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya olmasına imkan yaratmaqdır”.

Apa.az