Malayziyanın xarici işlər naziri Azərbaycana gəlir

Posted by

Malayziyanın xarici işlər naziri Azərbaycana gəlir

Malayziyanın xarici işlər naziri Azərbaycana gəlir

Malayziyanın xarici işlər naziri Azərbaycana gəlir

Malayziyanın xarici işlər naziri Anifah Aman Azərbaycana rəsmi səfərə gəlir. Bu barədə Trend-ə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər zamanı malayziyalı nazir cümə günü azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşəcək.

Nazir həmçinin Azərbaycanın digər rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərdə siyasi və iqtisadi əməkdaşlığın perspektivləri, hər iki ölkə üçün maraq kəsb edən digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, bu malayziyalı nazirin Azərbaycana ilk səfəri deyil. Sonuncu dəfə Anifah Aman ötən ilin iyun ayında Azərbaycanda səfərdə olub.

Xatırladaq ki, Malayziyanın Azərbaycanda səfirliyi bu il açılıb. Səfirliyə müvəqqəti işlər vəkili Harris Bin Alvi rəhbərlik edir.

 

Trend.az