Magistratura qəbul imtahanının I mərhələsinin nəticələri məlumdur

Posted by

Magistratura qəbul imtahanının I mərhələsinin nəticələri məlumdur

Magistratura qəbul imtahanının I mərhələsinin nəticələri məlumdur

Magistratura qəbul imtahanının I mərhələsinin nəticələri məlumdur

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 2014-2015-ci tədris ili üzrə martın 2-də keçirilən qəbul imtahanının I mərhələsinin nəticələri məlumdur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, imtahan nəticələrini ancaq moil operatorlar vasitəsilə öyrənmək mümkündür. Bunun üçün bakalavrlar öz iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməlidirilər. imtahan nəticələri yaxın dəqiqələrlə komissiyanın saytında yerləşdiriləcək.

İmtahanda iştirak etmək üçün 24 560 bakalavr qeydiyyatdan keçib. Onlardan 1505 nəfər imtahana gəlməyib. 8 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdiyi üçün imtahandan xaric olunub. İmtahanda 23 047 nəfər iştirak edib. İmtahanda ən yüksək nəticə isə 97 bal olub. Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki, Lənkəran şəhərlərində keçirilib.

Mayın 1-5-də magistraturaya proqram seçimi keçiriləcək. Magistraturaya qəbul imtahanının ikinci mərhələsi mayın 25-də olacaq. Magistraturaya ixtisaslaşma seçimi isə 29 may – 1 iyun tarixlərində olacaq.

 

Trend.az