Lüksemburq parlamentinin sədri Azərbaycana səfərə dəvət olunub

Posted by

Lüksemburq parlamentinin sədri Azərbaycana səfərə dəvət olunub

 

Lüksemburq parlamentinin sədri Azərbaycana səfərə dəvət olunub

Lüksemburq parlamentinin sədri Azərbaycana səfərə dəvət olunub

 

Azərbaycanın iqamətgahı Brüssel şəhəri olmaqla Lüksemburq Böyük Hersoqluğundakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov Lüksemburq parlamentinin sədri Mars Di Bartolomeo ilə görüş keçirib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, F.İsgəndərov əvvəlcə M.Bartalameonu Lüksemburq parlamentinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun təbrik məktubunu ünvan sahibinə çatdırıb.

Səfir parlamentlərarası münasibətlərin ikitərəfli əlaqələrə töhfəsinin danılmaz olduğunu diqqətə çatdıraraq, M.Bartolomeonu Azərbaycana səfərə dəvət edib və bu səfərin iki ölkə arasında əlaqələrin intensivləşməsinə səbəb olacağına ümid etdiyini diqqətə çatdırıb.

Daha sonra F.İsgəndərov ölkəmizin regional əhəmiyyəti və ölkəmizdəki ictimai-siyasi vəziyyət barədə ətraflı məlumat verərək, Azərbaycanın daim Avropa ilə Asiya arasında körpü rolunu oynadığını vurğulayıb.

Azərbaycanın Lüksemburqla hərtərəfli münasibətlərin intensivləşməsində maraqlı olduğunu diqqətə çatdıran səfir qarşılıqlı səfərlərin parlamentlərarası münasibətlərə təkan verəcəyinə əminlik bildirib.

M.Bartolomeo, öz növbəsində, təbrik və dəvətə görə təşəkkürünü bildirib, daha əvvəl Azərbaycanda olduğunu və ölkəmizin potensialını nəzərə alaraq, Lüksemburq Hersoqluğu ilə Azərbaycanın müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb.

Səfir Lüksemburq parlamentinin sədrinin Azərbaycanla bağlı çoxsaylı suallarına cavab olaraq, Azərbaycanın qonşu ölkələrlə münasibətləri, regionda həyata keçirilən enerji və infrastruktur layihələri, bölgədə yeni təhdidlər və çağırışlar, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında M.Bartolomeoya ətraflı məlumat verib.

 

Trend.az