Liviya KXDR bayrağı altında üzən tankerin saxlanılması haqqında xəbər verir

Posted by

Liviya hakimiyyəti xəbər verir ki, üsyançıların nəzarəti altında olan limanda Şimali Koreya bayrağı altında neftin nəqlini qanunsuz olaraq həyata keçirən tanker saxlanılıb. Bu barədə Trend BBC telekanalına istinadən məlumat verir.

Milli neft korporasiyasının nümayəndəsinin sözlərinə görə, tanker limanı tərk etmək istəyən zaman saxlanılıb. İndi tanker Liviya gəmilərinin müşayiəti ilə hakimiyyətin nəzarəti altında olan limana gedir.

Lakin Liviya üsyançıları bildirirlər ki, tanker yenə də Es-Sidra limanındadır.

Əvvəllər Liviya üsyançıları bəyan ediblər ki, onlar müstəqil neft ixracına başlayıblar. Hakimiyyət üsyançıların hərəkətlərini “piratçılıq” adlandırıb.

Trend.az