Litvanın milli müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub

Posted by

Litvanın milli müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub Litvanın milli müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub

Litvanın milli müdafiə naziri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub

Bu gün Litvanın milli müdafiə naziri Yuozas Olekasın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfəri çərçivəsində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqlar ümummilli liderimiz Heydər Əliyevin hospitalın ərazisində ucaldılmış büstü önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Sonra Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev nümayəndə heyətinə hospitalın yaranma tarixi, onun fəaliyyəti, Silahlı Qüvvələrin şəxsi heyətinin sağlamlıq vəziyyətinin qorunması və hərbi qulluqçuların tibbi təminatının müasir tələblərə uyğun təşkil edilməsi, Azərbaycan hərb təbabətinin inkişaf perspektivləri, hərbi həkimlərin hazırlanması imkanları və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat verib.

Hospitalın akt zalında qonaqlara tibb müəssisəsinin yarandığı gündən hazırkı dövrədək inkişafını əhatə edən qısametrajlı film nümayiş olunub.

Hospitalın bölmə və şöbələrində yaradılmış şəraitlə tanış olan Y.Olekas yaralılara və xəstələrə ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına da baş çəkib və gördüklərindən çox məmnun qaldığını bildirib.

Qeyd edək ki, Y.Olekasın ölkəmizə səfər oktyabrın 10-dək davam edəcək.

 

Trend.az