Litva və Azərbaycan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Posted by

Litva və Azərbaycan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunubLitva və Azərbaycan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Litva və Azərbaycan arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə oktyabrın 2-də bu ölkənin müdafiə naziri Yozas Olekas ilə görüşüb.

Görüşdə Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri və hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub.

Səfir H.Məmmədzadə Litvanın müdafiə nazirinə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordunun güclənməsi və peşəkarlığının artırılması istiqamətində görülən işlərdən, son dövrlərdə bu sahədə aparılan islahatlardan bəhs edib.

 

AzərTac.az