Əlil vətəndaşlar cəmiyyətimizin bərabərhüquqlu üzvləridir

Posted by

Əlil vətəndaşlar cəmiyyətimizin bərabərhüquqlu üzvləridir

Əlil vətəndaşlar cəmiyyətimizin bərabərhüquqlu üzvləridir

 

 

Əlil vətəndaşlar cəmiyyətimizin bərabərhüquqlu üzvləridir

Beynəlxalq Əlillər Günü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 150-dən çox əlil uşaq üçün musiqili-əyləncəli tədbir keçirilib.

 

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov dövlətimizin, xüsusilə Prezident İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda həyata keçirilən işlərdən danışıb. Bildirilib ki, Səbail rayonunda qeydiyyatdan keçmiş 2779 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaş yaşayır.

 

Qeyd edilib ki, əlil vətəndaşlara, xüsusilə əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır. Səbail Rayon İcra Hakimiyyəti də bu istiqamətdə xeyli işlər görüb. İki nəfərə əlil arabası verilib, ondan çox əlilin cərrahiyyə əməliyyatı olunmasına kömək göstərilib, uşaqlar üçün təşkil olunan tədbirlərdə əlil uşaqların da iştirakı təmin olunub. Bu il müxtəlif kateqoriyadan olan 88 əlil Naftalan, Lənkəran, Qəbələ rayonlarına və Mərdəkan qəsəbəsindəki istirahət mərkəzlərinə göndərilib. Avqust ayında 250 yeniyetmənin Quba rayonunda “Şahinlər” yay istirahət düşərgəsində, 100 nəfərin isə Qusar rayonundakı “Gənc Heydərçilər” düşərgəsində pulsuz istirahəti təşkil olunub ki, onların arasında əlil uşaqlar da vardır.

 

Diqqətə çatdırılıb ki, əlil uşaqların təhsil almalarının təmini üçün yaradılan təhsil müəssisələrindən biri Səbail rayonunda fəaliyyət göstərən 219 saylı evdə məktəbdir. Hazırda bu məktəbdə müxtəlif dərəcəli əlilliyi olan 745 nəfər uşaq 11 illik təhsil alır. Onlara 262 müəllim dərs keçir. Burada təhsilin səviyyəsi digər məktəblərdəkindən fərqlənmir. 2013/2014-cü tədris ilinin yekununda məktəbin 161 məzununun 98-i respublikamızın və bir sıra xarici dövlətlərin ali məktəblərinə qəbul olublar.

 

Digər çıxış edənlər əlil vətəndaşlarımıza, xüsusilə də əlil uşaqlara göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, əlillər cəmiyyətin bərabərhüquqlu üzvləridir və onların ölkədə gedən bütün proseslərdə fəal iştirakı təmin olunmalıdır.

 

Sonda icra hakimiyyəti tərəfindən 150 əlil uşağa hədiyyələr təqdim olunub və maddi yardım göstərilib.

 

AzərTac.az