İlham Əliyev Qaz İxrac edən Ölkələrin Forumunun baş katibini qəbul edib

Posted by

İlham Əliyev Qaz İxrac edən Ölkələrin Forumunun baş katibini qəbul edibİlham Əliyev Qaz İxrac edən Ölkələrin Forumunun baş katibini qəbul edib

İlham Əliyev Qaz İxrac edən Ölkələrin Forumunun baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Qaz İxrac edən Ölkələrin Forumunun baş katibi Seyid Məhəmməd Hüseyn Adelini qəbul edib.

 

Baş katib Seyid Məhəmməd Hüseyn Adeli rəhbərlik etdiyi təşkilat barədə dövlətimizin başçısına məlumat verdi. O, Qaz İxrac edən Ölkələrin Forumuna üzv olan 17 dövlətin ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu dedi. Azərbaycanın bu sahədə böyük potensiala malik olduğunu vurğulayan Seyid Məhəmməd Hüseyn Adeli qlobal qaz bazarında ölkəmizin mühüm rol oynayacağına əminliyini bildirdi.

 

Ölkəmizin böyük qaz ehtiyatlarına malik olduğunu deyən Prezident İlham Əliyev hazırda təbii qazın müxtəlif marşrutlarla nəqlinin uğurla həyata keçirildiyini vurğuladı. Dövlətimizin başçısı Qaz İxrac edən Ölkələrin Forumu ilə əməkdaşlığın təşkilata üzv olan ölkələrlə ikitərəfli əlaqələrin inkişafına da xidmət edəcəyinə əminliyini ifadə etdi.

 

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Trend/az