Koreya Respublikasının Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Posted by

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Koreya Respublikasının Baş naziri Çanq Honqvonun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 27-də Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, məzarları üzərinə gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Qonaqlar Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr ediblər.

AzərTac.az