Koreya Dostluq Qrupunun üzvləri Fəxri xiyabanı ziyarət ediblər

Posted by

Koreya Dostluq Qrupunun üzvləri Fəxri xiyabanı ziyarət ediblər

Koreya Dostluq Qrupunun üzvləri Fəxri xiyabanı ziyarət ediblər

 

 

Koreya Dostluq Qrupunun üzvləri Fəxri xiyabanı ziyarət ediblər

Bakıda səfərdə olan Koreya Milli Assambleyasının Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti dekabrın 16-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

 

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüblər.

 

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

 

AzərTac.az