Kənd təsərrüfatı naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Posted by

Kənd təsərrüfatı naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Kənd təsərrüfatı naziri Lənkəranda vətəndaşları qəbul edəcək

 

 

Kənd təsərrüfatı naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların problemlərinin həllinə kömək göstərirlər.

 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, kənd təsərrüfatı naziri Heydər Əsədov noyabrın 28-də saat 11-də Lənkəran şəhərində Lənkəran, Lerik, Astara, Cəlilabad, Masallı və Yardımlı rayonlarının sakinlərini qəbul edəcək.

 

Qəbulda iştirak etmək istəyən vətəndaşlar Lənkəran Ərazi Kənd Təsərrüfatı İdarəsinə (Əlaqə telefonu: 050-545-00-54, 050-407-18-54) və Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Həmçinin nazirliyin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçmək mümkündür.

 

AzərTac.az