İkinci Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq Moldovanın və Polşanın sabiq prezidentləri ilə müzakirə olunmuşdur

Posted by

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşəbbüsü ilə Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq prosesi Moldovanın sabiq Prezidenti Petru Luçinski, Polşanın sabiq Prezidenti Aleksandr Kvasnevski və xanımı İolanta Kvasnevska ilə müzakirə olunmuşdur.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilmişdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri ilə keçirilən görüşdə Azərbaycanın belə bir təşəbbüsə dəstək göstərməsi yüksək qiymətləndirilmişdir.

Bildirilmişdir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun əməkdaşlığı dünyanın diqqətinin Cənubi Qafqaz regionuna yönəldilməsində çox əhəmiyyətli rol oynayır. Xüsusilə, Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən mədəni dəyərlərin daşıyıcısı olan Nizami Gəncəvi ideyalarının yaşadılması və dünyada təbliği baxımından bu əməkdaşlıq vacibdir.

Görüşlərdə bu təşəbbüslərə Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi diqqət hər bir addımın uğurlu olmasında əsas təkanverici amil kimi dəyərləndirilmişdir.

AzərTAc.az